QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İran silahlı qüvvələri 2 tonluq döyüş başlığı ilə təchiz edilən raketləri 1 500 kilometr uzaqlığa buraxmaq imkanına çatıb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini Mustafa İzadi məlumat verib.

İzadi bildirib ki, İran ölkənin təhlükəsizliyinə yönələn istənilən təhdidə sürətli, effektiv və qətiyyətli cavab verməyə hazırdır.

O, həmçinin ABŞ qüvvələrinin İranın dəniz sərhədlərinə yaxınlaşmaqdan çəkindiyini və bu ərazilərdən yüzlərlə kilometr aralıda qaldığını vurğulayıb.