QafqazNews Kommersant-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun (KİK) Hava-kosmik qüvvələri ABŞ-a məxsus erkən xəbərdarlıq radarına zərbə vurduğunu açıqlayıb.

KİK bildirir ki, zərbə Bəhreyn ərazisində yerləşən və ballistik raket buraxılışlarını aşkar etmək üçün istifadə olunan hava müdafiə obyektinə dəyib. Hərbi birliyin bəyanatına görə, obyekt məhv edilib.

IRNA-nın sitat gətirdiyi bəyanatda deyilir: “Bu, düşmən-agressor üçün hava təxribatlarına və Ormuz boğazında neft kontrabandasına dərhal son qoyulmasının ciddi xəbərdarlığıdır. Pozuntuların və aqressiya aktlarının təkrarlanması halında Hava-kosmik qüvvələri kompromissiz cavaba tam döyüş hazırlığı ilə hazırdır.”

KİK hücumu ABŞ-ın yaxınlarda Sirik şəhərinə endirdiyi zərbəyə cavab olaraq təsvir edib; həmin zərbədə rabitə qülləsi məhv edilib. İran mediasının məlumatına görə, Sirik şəhəri Ormuz boğazı sahilində dünən axşam yenidən hücuma məruz qalıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Bildirilib ki, ABŞ ordusu hələlik qarşılıqlı zərbələrə münasibət bildirməyib.