QafqazNews Sputnik-a istinadən xəbər verir ki, İranın Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezai Çərşənbə günü elektron müharibə sahəsində yüksək səviyyəyə çatdıqlarını və bu imkanın ABŞ PUA-larının idarəsini ələ keçirməyə və onları zorla eniş etdirməyə imkan verdiyini bildirib.
Rezai bu açıqlamanı Al Mayadeen telekanalına verdiyi müsahibədə səsləndirib. O, eyni zamanda yeni ABŞ hücumu halında İranın uzaqdakı ABŞ hərbi bazaları da daxil olmaqla əks zərbələr endirəcəyini bildirib.
Rezai əlavə edib ki, Tehran Rusiyaya zərrələnmiş bütün nüvə materiallarının ölkədə qalacağı barədə məlumat verib: "Biz rus dostlarımıza zərrələnmiş materialların İranda qalacağını və onları özümüz istifadə edəcəyimizi bildirmişik," – deyə o qeyd edib.