QafqazNews Haber Global-a istinadən xəbər verir ki, Tehran dan yeni bir təhdid səsləndirildi.
İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Mühsin Rızai Lübnan mediasına verdiyi açıqlamada, ABŞ-ın yenidən hücuma keçməsi halında yalnız Yaxın Şərqdə deyil, Avropadakı Amerikan hərbi bazalarının da hədəf alınacağını iddia edib.
Rızai bildirib ki, Amerikan bazalarına ev sahibliyi edən ölkələr münaqişə zamanı Vaşinqton administrasiyası ilə əməkdaşlıq etməməlidirlər.
Oxşar xəbərdarlıq İran ordusundan da gəlib. İranın Baş Qərargah rəisi Əli Abdullahı ölkəsinə yönələn hər hansı təhdidin silahlı qüvvələr tərəfindən birbaşa hədəfə alınacağını vurğulayıb.
Abdullahı əvvəlki zərbələrin yalnız başlanğıc olduğunu, ABŞ və İsrailin yeni bir səhvə yol verməsi halında daha ağır zərbələrlə üzləşəcəklərini iddia edib.