QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İran İslam Respublikasından Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb. Aşkarlanan narkotiklərin ümumi çəkisi 49 kiloqram 950 qram, həblərin sayı isə 3000-dir.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazilərində aparılan axtarış və əməliyyat tədbirləri nəticəsində bu maddələr qanunsuz dövriyyədən çıxarılıb.
“Horadiz” istiqamətində iki ayrı hal üzrə 39 kiloqram 700 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi tapılıb. “Lənkəran” sərhəd dəstəsinin ərazisində isə 10 kiloqram 250 qram narkotik vasitə aşkarlanıb.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.