QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Neftçalada ev sahibinə qarşı quldurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Hadisə zamanı 11 000 manat pulun ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şirvan Regional bölməsindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Q.Talıbov və N.Muxtarov tutulublar.

Araşdırma zamanı onların quldurluğu əvvəlcədən planlaşdırdıqları və əldə etdikləri pulu öz aralarında bölüşdürdükləri müəyyənləşib.

Fakt üzrə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Q.Talıbov və N.Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.