QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonundan keçən hissəsində qəza baş verib.
“Infiniti” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində Goranboy rayonunun Safıkürd kənd sakini Tural Əliyev aldığı xəsarətlərdən vəfat edib. Maşında sərnişin olan qadın da həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.