QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Yevlaxın Aran qəsəbəsində baş verən yol qəzası iki nəfərin ölümü ilə nəticələnib.

Qəza zamanı xəsarət alan 26 yaşlı Pəri Məstəliyeva Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılsa da, onun artıq öldüyü bildirilib. Hadisə nəticəsində həyatını itirən digər şəxsin Tural Əliyev olduğu qeyd edilib.

Məlumata görə, “Infiniti” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Ölənlərin Naftalan şəhər sakinləri olduğu bildirilir.