QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Neftçilər” metrosunun yaxınlığında gecə baş verən insidentlə bağlı polis araşdırma aparır. Hadisədə iştirak edən avtomobil mühafizə olunan duracağa yerləşdirilib.
Araşdırmanın yekununa əsasən, mübahisə edən tərəflərin hərəkətlərinə hüquqi qiymət veriləcəyi bildirilib.
Mağazalara çırpılan “Gelandevagen”in dövlət qeydiyyat nişanı 10 DK 111-dir. Sükan arxasındakı gəncin avtomobilin sahibi olub-olmadığı, eləcə də gecə klubundan çıxan qadının ona hücum etməsinin səbəbi barədə məlumat yoxdur.