QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Qaradağ rayonunda minik avtomobilindən 576 ədəd pirotexniki vasitə götürülüb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, faktla bağlı araşdırma aparılır.

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları qanunsuz dövriyyəyə qarşı tədbirlər çərçivəsində avtomobili yoxlayıblar. Nəqliyyat vasitəsini Azərbaycan Respublikası vətəndaşı idarə edib.

Yoxlama nəticəsində 7 karton qutuda iki adda, ümumilikdə 576 ədəd pirotexniki vasitə aşkar edilib.