QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İspaniyada mənzil qiymətləri və kirayə haqlarının kəskin bahalaşmasına etiraz olaraq son 14 ilin ilk ümumölkə tətili keçirilib.
Aksiya zamanı təxminən 4 milyon işçi küçələrə çıxıb. Etirazçılarla polis arasında yaranan toqquşmalarda müxtəlif dərəcəli xəsarətlər alanların sayı 20 nəfər olub, 40 nəfər isə saxlanılıb.
İspaniyada hazırda 750 min mənzil çatışmır. Mövcud iqtisadi vəziyyət gənclərə xüsusilə ağır təsir göstərir: ölkədə orta aylıq kirayə haqqı gənc işçinin əməkhaqqının 99 faizinə bərabərdir.