QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, İstanbulun Böyükçekmece rayonunda kirayəçinin mənzildə qoyduğu vəziyyət ev sahibinin narazılığına səbəb olub.
İki il həmin evdə yaşayan şəxs köçərkən mənzilin divarlarına və tavanına, qapı-pəncərələrə, mətbəx şkaflarına, eləcə də kombi sisteminin üzərinə sevgi şeirləri və ayrılıqla bağlı ifadələr yazıb.
Mənzili bu halda görən ev sahibi hüquqi tədbir görmək qərarına gəlib və vəkili vasitəsilə kirayəçidən şikayət edib.
Vəkil Selman Altınbilek bildirib ki, iş üzrə hüquqi prosedurlar başlanıb. Onun sözlərinə görə, mənzilin müxtəlif hissələrinə yazılanlarla bağlı “əmlaka zərər vurma” və “etimaddan sui-istifadə” maddələri əsasında təqib davam edir. Dəymiş ziyanın ödənilməsi üçün də müvafiq tədbirlər görüləcək.