QafqazNews Manset.az-a istinadən xəbər verir ki, velosiped, skuter, moped və motosiklet idarə edən şəxslər piyada keçidindən keçərkən nəqliyyat vasitəsindən düşdükdə piyada sayılırlar. Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hərəkət iştirakçılarına müraciətində bəzi sürücülərin bu qaydaya bilərəkdən və ya bilmədən əməl etmədiyini bildirib.
Mərkəzin qeyd etdiyinə görə, paytaxtın mərkəzi küçə və prospektlərində bu cür pozuntular qeydə alınır. Təhlil göstərib ki, kuryer xidməti göstərən bəzi şəxslər piyada zolağından istifadə edərkən nəqliyyat vasitəsindən enmir və onun üzərində hərəkəti davam etdirirlər.