QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Tovuz rayonunun Qovlar şəhərində fərdi yaşayış evində yanğın baş verib.
Hadisə birmərtəbəli evdə qeydə alınıb. Alovun söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri əraziyə cəlb edilib. Buna baxmayaraq, tikili tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.