QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ehtiyatda olan polkovnik-leytenant Ələddin Məmmədov hərbi xidmətdən sonra sürücü kimi çalışmağa başlayıb.

Sərhəd qoşunlarında 38 il xidmət etmiş Məmmədov hazırda “BakuBus” MMC-də işləyir. Onun hərbi sahədən fərqli bir peşəyə keçməsi diqqət çəkib.

Polkovnik-leytenantın mövzu ilə bağlı açıqlaması sosial şəbəkələrdə də maraqla qarşılanıb.