QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, küləkli havada quruda istifadə olunan kranlarla işlərin dayandırılması qaydalarına dəyişiklik edilib. İşçilərə fasilələrin verilməsi də yeni qaydada tənzimlənəcək.

Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikliklərə görə, küləyin gücü 6–8 bal olduqda, kranların texniki pasportlarında bu hal nəzərdə tutulubsa, quruda istismar edilən kranlarla iş aparıla bilər.

Küləyin gücü 8 balı keçdikdə isə həmin kranlarla bütün işlər mütləq dayandırılmalıdır. Qanuna əsasən, küləyin gücü 6 bal və yuxarı olduqda quruda istismar olunan kranlarla görülən bütün növ işlərin dayandırılması nəzərdə tutulur.

Əvvəlki qaydaya görə də küləyin gücü 6 bal və daha artıq olduqda quruda kranlarla aparılan bütün işlər dayandırılırdı.