QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp videomüraciət yayımlayaraq TRIPP layihəsinə start verdiklərini bildiriblər.
Paşinyan özünün Facebook hesabında paylaşdığı müraciətdə 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış sənədin Cənubi Qafqazı dəyişdirdiyini və uzunmüddətli sülh üçün əsas yaratdığını qeyd edib. Onun sözlərinə görə, layihə Ermənistanın iqtisadi inkişafı və xarici bazarlara çıxışı baxımından mühüm rol oynayacaq.
Donald Tramp isə layihənin reallaşdırılmasına görə Nikol Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.