QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, noyabrın 23-də Azərbaycanın əksər bölgələrində yağıntı qeydə alınıb, dağlıq ərazilərdə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətinin saat 11:00-a olan məlumatına görə, bəzi yerlərdə yağıntı intensiv olub. Qarın qalınlığı Kəlbəcərdə 7, Laçında 4, Qubadlı və Şahdağda 3 santimetr təşkil edib.
Daşkəsən və Ordubadda 11 millimetr yağıntı düşüb. Sədərəkdə 10, Tərtər və Gədəbəydə 9, Ağdam, Yardımlı və Şahbuzda 8, Şamaxıda isə 7 millimetr yağıntı qeydə alınıb.
Göygöl, Bərdə, Göyçay, İsmayıllı və Şərurda yağıntının miqdarı 6, Culfada 5, Qobustan, Qrız və Xaltanda 4 millimetr olub. Bakı və Abşeron yarımadasında bu göstərici 2 millimetrə çatıb.
Bəzi ərazilərdə qərb küləyi əsib. Küləyin sürəti Mingəçevirdə saniyədə 19, Daşkəsən və Naftalanda isə 18 metrə qədər yüksəlib.