QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Sabah”la qarşılaşacaq komandanın heyətində Bakıya gəlməyəcək.
Baş məşqçi Hans-Diter Flik futbolçuya istirahət vermək qərarına gəlib. Yamal qarşıdakı oyunlara hazırlaşmaq üçün Barselonada qalacaq.
Məlumatda bildirilib ki, bu qərar klubla futbolçunun qarşılıqlı razılığı əsasında qəbul olunub.