QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, rusiyalı aktyor Nikita Ciqurda infarkt keçirib və xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı Marina Anisina aktyorun reanimasiyada olduğunu bildirib.
Anisinin sözlərinə görə, Ciqurdanın səhhəti barədə hələlik əlavə məlumat yoxdur. O, səhər təcili yardım çağırdığını və aktyorun xəstəxanaya aparıldığını qeyd edib.
“Bəli, bu xəbər doğrudur, Ciqurda infarkt keçirdi. Bu gün səhər təcili yardım çağırdım və onu xəstəxanaya yerləşdirdilər. O reanimasiyadadır. Vəziyyəti ilə bağlı hələ məlumat yoxdur. Mənə dedilər ki, daha sonra zəng edim. Reanimasiya şöbəsində telefon, əlbəttə ki, işləmir. Məndən iki-üç saat sonra zəng etməyimi istədilər, indi onunla məşğuldurlar”, – deyə Anisina bildirib.
Nikita Ciqurda aktyorluq fəaliyyəti ərzində 30-dan artıq bədii film və serialda çəkilib.