QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsinin təsdiqlənməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, Agentliyin Aparatında işçilər üçün 66, regional bölmələrində isə 9 ştat vahidi nəzərdə tutulub.

Agentliyin tabeliyində büdcə təşkilatı olan Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi yaradılacaq. Mərkəz Agentliyin formalaşdırdığı dövlət ehtiyatlarını saxlayacaq, burada işçilərin say həddi 200 ştat vahidi olacaq.