QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Dövlət Radiotezliklər İdarəsində yeni kadr təyinatı olub. Qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

İdarə rəisinin müavini və rəis vəzifəsini icra edən İlham Əhədov bununla bağlı əmr imzalayıb. Sənədə əsasən, Məzahir Qarayev Satınalma və inzibati işlər departamentinin müdir müavini təyin edilib.

Qarayev 2023-cü ilin noyabrından 2026-cı ilin noyabrına qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində maliyyə istiqaməti üzrə müxtəlif vəzifələrdə işləyib.

O, 2020-ci ilin avqustundan 2023-cü ilin oktyabrınadək Kiçik və Orta Biznesin İnkişafı Agentliyində baş mühasib olub. 2023-cü ilin yanvarından həmin ilin noyabrınadək isə mütəxəssis vəzifəsini icra edib.

Qarayev 2016-cı ilin mayından 2020-ci ilin fevralınadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iqtisadçı, 2008-ci ilin martından 2016-cı ilin mayınadək Xətai Telefon Qovşağında mühasib kimi çalışıb.