QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Belarus Milli Kitabxanasının binasında xüsusi videoproyeksiya nümayiş etdirilib. Minsk şəhərinin rəmzlərindən sayılan kitabxananın fasadında Azərbaycan bayrağı və müstəqillik simvolları göstərilib.

Layihə Belarusdakı Azərbaycan Ticarət Evinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib. Videoproyeksiya şəhər sakinlərinin və paytaxtı ziyarət edənlərin marağına səbəb olub.

Noyabrın 7-si axşamdan etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl işıqlarla bəzədilib. Binada “Azərbaycanı bayram münasibətilə təbrik edirik!” sözləri yayımlanıb.