QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Kanadanın Monreal şəhərində tələbələrin yaşayış xərclərinin yüksəlməsinə və təhsilə ayrılan maliyyənin yetərsiz olmasına etirazı qarşıdurma ilə nəticələnib.

Aksiya zamanı polis etirazçılara gözyaşardıcı qaz tətbiq edib. Üç nəfər saxlanılıb, bir neçə tikiliyə və avtomobilə ziyan vurulub.

Tələbələr kredit və təqaüd sisteminin yenilənməsini, kollec və universitetlərə ayrılan vəsaitin artırılmasını, tədris binalarının təmirini, həmçinin münasib qiymətli yataqxanaların yaradılmasını tələb edirlər.