QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Milyonçu Bəxtiyar Dali” adı ilə tanınan Bəxtiyar Qaraşov yenidən məhkəmə qarşısına çıxarılıb. O, öz bağında qızını zorlamaqda ittiham olunur.

Sumqayıt Şəhər Məhkəməsində keçirilən iclasda Qaraşovun ev dustaqlığına keçirilməsi barədə vəsatətə baxılıb. Məhkəmə müraciəti təmin etməyib və onun barəsindəki həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Bəxtiyar Dali haqqında əvvəlcə dörd aylıq həbs qətimkan tədbiri seçilmişdi. Sonradan prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında bu müddət iki ay uzadılmışdı.

İstintaqı aparan prokurorluq Qaraşova Cinayət Məcəlləsinin 29.149-cu maddəsi ilə, zorlamağa cəhd ittihamı irəli sürüb və onun barəsində həbs qətimkan tədbiri seçilib. O, öz bağına bir qızı zorlamağa cəhddə ittiham olunur.

66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Öz sözlərinə görə, o, hərbi mühəndis olub.