QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevlə bağlı cinayət işi məhkəməyə göndərilib. İşə Sünik məhkəməsində baxılması nəzərdə tutulur.

Ötən həftə Musayev barəsində açılmış iş üzrə ibtidai istintaq tamamlanıb. Bundan sonra materiallar ittiham aktının təsdiqi üçün nəzarətçi prokurora təqdim olunub.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına əsasən, Laçın rayonu istiqamətindəki hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Rasim oğlu Musayevin itkin düşdüyü barədə məlumat yayılmışdı. 2026-cı il sentyabrın 26-da onun xidmət yerində olmadığı və harada olduğu müəyyən edilmədiyi üçün axtarış başlanıb. Müdafiə və Fövqəladə Hallar nazirliklərinin aidiyyəti qüvvələri zəruri axtarış tədbirləri görüblər.

Hadisənin təfərrüatlarını araşdıran Hərbi Prokurorluq Musayevin hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı əsaslı şübhələrin yarandığını bildirib. Ermənistan məhkəməsinin qərarı ilə o, həbs edilib.