QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Dövlət Miqrasiya Xidməti (DMX) 2026-cı ilin oktyabrında 130 nəfərin Azərbaycan hüdudlarından inzibati qaydada çıxarılması barədə qərar qəbul edib.

DMX-dən verilən məlumata əsasən, həmin ay Azərbaycanın qüvvədə olan readmissiya sazişləri çərçivəsində 74 nəfərin ölkəyə qaytarılması həyata keçirilib.

Bu şəxslər Avropa ölkələrindən readmissiya olunublar.