QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Qazaxıstan məhkəməsi “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları” şirkətlərinə rəhbərlik edən Nurlan Jakupovla Yeljas Otenşiyevin həbsinə qərar verib.

Ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin açıqlamasına görə, hər iki şəxs noyabrın 12-də korrupsiya xarakterli cinayət törətməkdə şübhəli bilinərək müvəqqəti saxlama təcridxanasına aparılıb. Noyabrın 14-də istintaq məhkəməsi onların barəsində həbs qətimkan tədbirini təsdiqləyib.

Milli Təhlükəsizlik Komitəsi ötən həftə şirkət rəhbərlərinin və korrupsiya cinayətlərində şübhəli bilinən başqa şəxslərin saxlanıldığını bildirmişdi.