QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Cənubi Koreyanın Ali Məhkəməsi sabiq birinci xanım Kim Qon Hiyə korrupsiya ittihamı ilə verilmiş dördillik həbs hökmünü qüvvədə saxlayıb.
Kim Qon Hi yerli avtomobil dilerinin qiymətli kağızları ilə bağlı dələduzluqda, həmçinin Birləşmə kilsəsindən çanta və boyunbağı da daxil olmaqla bahalı hədiyyələr qəbul etməkdə təqsirli sayılıb. Məhkəmə ona dörd il həbs cəzası ilə yanaşı, 50 milyon von, yəni təxminən 64 min manat cərimə təyin edib.
Sabiq birinci xanım bir neçə başqa cinayət işi üzrə də təqsirləndirilir. Digər korrupsiya işi çərçivəsində apellyasiya məhkəməsi ona beş il müddətinə həbs cəzası verib.
Prezident Yun Sok Yol 2024-cü ilin dekabrında konstitusiyanı pozaraq hərbi vəziyyət elan etmişdi. Daha sonra o, vəzifəsindən kənarlaşdırılıb və dövlət quruluşuna qarşı qiyamda ittiham olunub.