QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla onun Nobel Sülh Mükafatına namizədliyi barədə zarafatla ciddi arasında müzakirə apardıqlarını söyləyib.

Jurnalistlərin Trampın namizədliyi ilə bağlı sualını cavablandıran Putin belə deyib: “Biz bunu yarızarafat müzakirə edirdik”.

Rusiya lideri əlavə edib ki, mükafat bəzi hallarda sülhə faktiki töhfələrə görə deyil, siyasi motivlərlə təqdim olunub. “Bu gün onun üçün mübarizə aparmağa dəyərmi, bilmirəm”, – Putin vurğulayıb.

Putin noyabrın 18-19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin keçirildiyi Şençjendə olub. Tədbir çərçivəsində o, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampla ikitərəfli, eləcə də üçtərəfli formatlarda görüşlər keçirib.