QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Gəncənin Yeni Gəncə yaşayış massivində avtomobil qəzası baş verib.

Hərəkətdə olan nəqliyyat vasitəsi sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində 1991-ci il təvəllüdlü İ. Əliyev və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.