QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistan məhkəməsi “Müqəddəs mübarizə” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan barədə ev dustaqlığı qətimkan tədbirini daha üç ay müddətinə uzadıb.
Qalstanyan 2025-ci il iyunun 25-dən 26-na keçən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu ilin iyunun əvvəlində məhkəmə onun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
Ermənistan İstintaq Komitəsinin irəli sürdüyü rəsmi ittihamlara əsasən, Baqrat Qalstanyan və rəhbərlik etdiyi hərəkatın üzvləri terror aktları törətmək, eləcə də hakimiyyəti ölkədə zor gücünə ələ keçirmək məqsədilə planlar hazırlamaqda təqsirləndirilirlər. Cinayət işi üzrə istintaq davam edir.