QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Ermənistan və Türkiyə Marqara ərazisində ikinci körpünün inşasını nəzərdə tutur. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

Nazir Axurik və Yerasx dəmir yolu qovşaqlarının təmiri və modernləşdirilməsi istiqamətində də iş aparıldığını bildirib.

Mirzoyanın sözlərinə görə, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bu məqsədlə iki tender elan edib, ancaq hər ikisi nəticəsiz qalıb. Bununla belə, o, prosesin necə davam etdiriləcəyinin müəyyən olduğunu qeyd edib.