QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın hərbi potensialını bərpa etməsi barədə kəşfiyyat məlumatlarından sonra Tehrana qarşı yeni hücum imkanlarını qiymətləndirir.
Məlumatlara əsasən, İran raket və pilotsuz uçuş aparatları (PUA) ehtiyatlarını artırır, kimyəvi və bioloji silah proqramlarını inkişaf etdirir. İsrailin Vaşinqtonu mümkün əməliyyata qoşulmağa təşviq etdiyi də iddia olunur.
Tramp hələlik yekun qərar qəbul etməyib. ABŞ administrasiyasında İrana qarşı yeni hücumun məqsədəuyğunluğu barədə fərqli mövqelər mövcuddur.
İsrail ABŞ ilə birgə İrana qarşı 4-7 gün davam edəcək hava əməliyyatı keçirmək niyyətindədir. ABŞ-nin mümkün zərbələrinin İranın raket və PUA imkanlarını, enerji obyektlərini, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun komanda mərkəzlərini hədəfə ala biləcəyi bildirilir.
İsrailin təklif etdiyi plan İranın nüvə obyektlərinə və enerji infrastrukturuna zərbələri də nəzərdə tutur. Trampın bu təşəbbüsə hələ razılıq vermədiyi qeyd olunur.