QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov “Xankəndi” ilə oyundan sonra stadionda bayram əhvalının olduğunu bildirib.

Mütəxəssis bu fikirləri Azərbaycan I Liqasının VII turunda səfərdə keçirilən qarşılaşmanın ardından təşkil olunan mətbuat konfransında səsləndirib. O, komandasının qələbə qazandığı matçı dəyərləndirib:

“Xankəndinin yenilənmiş stadionunda ilk oyun keçirildi. Qələbə qazanan tərəf olsaq da, tək sevinən tərəf biz deyildik. Bu gün Xankəndi stadionunda əsl bayram ab-havası var idi. Futbolçular verilən tapşırıqların öhdəsindən layiqincə gəldilər”.

“Xankəndi” ilə “Karvan-Yevlax”ın Xankəndi stadionundakı görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.