QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Badamdar şosesində yerləşən sürüşmə sahəsində proses hazırda aktiv fazadadır.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Səbail rayonundakı əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə FHN əməkdaşlarının iştirakı ilə növbəti vizual baxış keçirilib. Baxış zamanı sürüşmə prosesinin aktiv fazada olduğu müəyyən edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciət ünvanlayıb. Müraciətdə sürüşmənin dinamikasının və aktivliyinin artması ehtimalı nəzərə alınaraq ərazidəki insanların təhlükəsiz yerə köçürülməsi, həmçinin yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması üçün müvafiq tədbirlərin görülməsi istənilib.