QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakı-Sumqayıt şossesinin “Şamaxinka” ərazisindən Ceyranbatan qəsəbəsinə qədər uzanan hissəsində işıqlandırma sisteminin köhnəldiyi və bəzi xətlərin işləmədiyi müəyyənləşib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, qurumun balansında olan yol sahələrində işıqlandırmanın fasilələrlə işləməsi ilə bağlı əraziyə baxış keçirilib.
Agentliyin məlumatında çatışmazlıqların aradan qaldırılması və işıqlandırma sisteminin yenilənməsi üçün müvafiq tədbirlərin planlaşdırıldığı qeyd olunub.
Daha əvvəl sürücülər sözügedən yolda gecə saatlarında işıq dirəklərinin işləmədiyini, bu səbəbdən hərəkəti avtomobillərinin ön faralarının işığı ilə davam etdirməli olduqlarını bildirmişdilər.