QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirlidən narazılığını dilə gətirib.

Deputat TNS TV-yə müsahibəsində iki aydan artıq müddətdə Nəsirliyə dəfələrlə zəng etdiyini, lakin qarşı tərəfin cavab vermədiyini söyləyib. Onun sözlərinə görə, zənglərinə dönüş olması üçün bir neçə nəfər vasitəsilə də mesaj göndərib.

Nurullayev bildirib ki, iki ay ərzində 12-15 dəfə zəng edib və məqsədi özünə yol çəkilməsini istəmək olmayıb. O, çoxsaylı vətəndaş müraciətləri ilə bağlı AAYDA rəhbəri ilə danışmaq istədiyini, amma zənglərinin heç birinə cavab verilmədiyini qeyd edib.