QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi noyabrın 15-nə keçən gecə ölkə ərazisində 533 Ukrayna pilotsuz uçuş aparatının hava hücumundan müdafiə vasitələri ilə vurulduğunu iddia edib.

Nazirliyin açıqlamasına əsasən, PUA-lar noyabrın 14-də saat 20:00-dan noyabrın 15-də saat 08:00-dək müxtəlif ərazilərdə zərərsizləşdirilib.

Məlumatda aparatların Həştərxan, Belqorod, Bryansk, Voronej, Volqoqrad, Kursk, Lipetsk, Rostov, Saratov, Tula və Ulyanovsk vilayətləri, Krasnodar diyarı, Tatarıstan və Krım üzərində, eləcə də Azov və Qara dənizlərdə vurulduğu qeyd olunub.

Rostov vilayətinə hücum zamanı bir nəfərin həyatını itirdiyi, dörd nəfərin isə yaralandığı barədə də məlumat verilib. PUA qalıqlarının avtomobillərə və yanacaqdoldurma məntəqəsinə düşdüyü bildirilir.