QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Sabah” klubu “Barselona” ilə oyunu izləmək məqsədilə Bakıya gələn Anton Petrişşevin vəfatı ilə əlaqədar başsağlığı yayıb.

Masazır təmsilçisi sosial şəbəkə hesablarında paylaşdığı açıqlamada azarkeşin ölümündən dərin kədər duyduğunu bildirib. Klub mərhumun ailəsinə və yaxınlarına hüznlə başsağlığı verib.

Qeyd edək ki, Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşev qarşılaşmanı tribunadan izləyərkən qəfil özünü pis hiss edib və stadionda dünyasını dəyişib. İlkin ehtimala əsasən, onun ölümünə ürək çatışmazlığı səbəb olub.