QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhəti barədə məlumat verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin bildirdiyinə görə, 1949-cu il təvəllüdlü pasiyent Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında müalicə alır.
Qurumdan bildirilib ki, Səmayə Həşimovanın hazırkı ümumi vəziyyəti stabildir. Müalicəsi və səhhətinin dinamik müşahidəsi həkim nəzarəti altında davam etdirilir.