QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Sənan Vəlizadə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyində yeni vəzifəyə təyin olunub.

O, Agentliyin Rəqəmsal kriminalistika və insidentlərə reaksiya mərkəzinin rəhbəri olacaq. Vəlizadə bundan əvvəl həmin qurumda baş mütəxəssis vəzifəsində işləyib.

Agentliyin İdarə Heyətinin sədri Fərid Zeynalovdur.