QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası milli komandadakı çıxışını başa vuran Kriştianu Ronalduya həsr olunmuş vida mərasimi keçirmək niyyətindədir.
Federasiyanın açıqlamasında 41 yaşlı futbolçu üçün xüsusi tədbir nəzərdə tutulduğu bildirilib. Mərasimin necə təşkil ediləcəyi isə hələ müəyyənləşməyib.
Qurum vurğulayıb ki, Ronaldunun yığmadan gedişi hörmətsiz şəkildə baş verməyəcək. Açıqlamada futbolçunun möhtəşəm karyerasına uyğun tədbir hazırlamaqda qərarlı olduqları, mərasimin azarkeşlərə və xalqa onun çoxsaylı töhfələrinə görə təşəkkür etmək, eləcə də onunla vidalaşmaq imkanı verəcəyi qeyd edilib.
Ronaldu bu gün sosial şəbəkə hesabında paylaşım edərək Portuqaliya millisindəki karyerasını bitirdiyini açıqlayıb. O, yığmada 23 il ərzində 234 oyuna çıxıb və 146 qol vurub.