QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanın futzal yığması DÇ-2028-in əsas mərhələsində Çexiya ilə qarşılaşıb. Lənkəran Olimpiya İdman Kompleksində keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

Azərbaycan millisi bu rəqiblə əvvəlki görüşdə 1:2 hesabı ilə uduzmuşdu. Yığmanın növbəti matçı noyabrın 8-də Bakıda Latviya komandasına qarşı olacaq.