QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, məcburi köçkün statusu daşıyan şəxslərin övladlığa götürdüyü şəxslərə də eyni status veriləcək.

Müvafiq qərar imzalanıb. Sənədə görə, sakini olduqları rayon işğal edildikdən sonra məcburi köçkün statusu alan şəxslərin övladlığa götürdükləri şəxslərə məcburi köçkün statusunu təsdiqləyən vəsiqə də təqdim olunacaq.