QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, dövlət büdcəsindən maliyyə alan publik hüquqi şəxslərin rəhbərləri üçün aylıq vəzifə maaşı 3600 manat, müavinləri üçün isə 3115 manat müəyyən edilib.

Müvafiq qərar Nazirlər Kabineti tərəfindən qəbul olunub. Sənəd dövlət orqanlarının və tabeliyində olmayan publik hüquqi şəxslərin strukturunda yaradılmış publik hüquqi şəxslərə, eləcə də həmin qurumların tabeliyində fəaliyyət göstərən və dövlət adından təsis olunaraq büdcə vəsaiti alan təşkilatlara aiddir.

Qərara əsasən, sözügedən vəzifəli şəxslərin ümumi aylıq əməkhaqqı müəyyən olunmuş vəzifə maaşından, habelə normativ hüquqi aktlarla nəzərdə tutulan digər ödənişlərdən formalaşacaq.