QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Barselona” braziliyalı hücumçu Rafinya ilə yeni müqavilə imzalayıb. Tərəflər arasındakı sözləşmə 2030-cu ilə qədər qüvvədə olacaq.
2022/2023 mövsümündən Kataloniya klubunda oynayan 29 yaşlı futbolçu indiyədək 190 matçda 94 dəfə fərqlənib. Rafinya “Barselona” ilə 2022/2023, 2024/2025 və 2025/2026 mövsümlərində İspaniya çempionu olub. O, həmçinin 2024/2025 mövsümündə ölkə kubokunu, 2022/2023, 2024/2025 və 2025/2026 mövsümlərində isə İspaniya Superkubokunu qazanıb.