QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrük sərhədindən bəyan edilmədən keçirilməsinə cəhd göstərilən tibbi təyinatlı malları aşkar ediblər.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, “Qırmızı Körpü” gömrük postunda Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsinə baxış keçirilib.
Yoxlama zamanı avtomobilin qoşqusunda mal müşayiət sənədlərində qeyd edilməyən 10 adda, ümumilikdə 480 ədəd tibb sahəsində istifadə olunan mal aşkarlanıb.