QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxsi saxlayıblar.
Şirvan sakini İ.Həsənovun sürdüyü “Şevrolet” markalı avtomobil cərimə borcuna görə Hacıqabul-Horadiz yolu üzərindəki stasionar postda dayandırılıb.
Araşdırma zamanı sürücülük hüququ məhdudlaşdırılmış İ.Həsənovun avtomobilinin dövlət qeydiyyat nişanlarını saxtalaşdırdığı üzə çıxıb. Hərəkətlərində şübhəli məqamlar müşahidə edilən sürücü tibbi müayinəyə göndərilib.
Müayinə nəticəsində onun narkotik maddə qəbul etdiyi müəyyənləşib. İ.Həsənov bunu etiraf edib.
Toplanmış materiallar araşdırılması üçün məhkəməyə təqdim olunub, sürücü isə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik təsiri altında sükan arxasına keçərək digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxsləri qanunsuz əməllərini dayandırmağa çağırıb və belə hallara qarşı daha sərt tədbirlər görüləcəyini bildirib.