QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 537 nömrəli marşrutun hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bildirdiyinə görə, Novxanı-Pirşağı yolunun Sahil küçəsi hissəsində təmir aparıldığı üçün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu səbəbdən müntəzəm 537 nömrəli marşrut 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə hərəkət edir.
Qeyd edək ki, daha əvvəl həmin avtobusun yol əvəzinə dəniz sahili ilə getdiyini göstərən görüntülər yayılmışdı.